30 İyun 2014 14:59
508

İraq ordusu Tiqrit şəhərinə doğru irəliləməyə davam edir. Ölkənin şimalı isə hələ də sünni silahlılarının nəzarət altında qalır.

Teleqraf.com xəbər verir ki, şahidlərin sözlərinə görə, silahlıların mövqelərinə havadan zərbələr endirilib. Şəhərin müxtəlif yerlərində atışma gedir.

Tiqrit iyunun 11-də cihadçılar tərəfindən ələ alınıb. Bundan sonra, silahlılar ölkənin şimalını tam zəbt etməyə nail olublar.

Ülviyyə


Müəllif: