21 Aprel 01:52

Mosulda kimyəvi bomba hücumuna görə məsuliyyəti üzərinə götürən İŞİD komandiri öldürüldü

İraq ordusu Mosulda kimyəvi bomba hücumuna görə məsuliyyəti üzərinə götürən İŞİD komandirini məhv edib.


Teleqraf.com-un xəbərinə görə, bu barədə “Frans Press” məlumat yayıb.

Qeyd edək ki, İŞİD terrorçuları bir neçə dəfə Mosulda zəhərli qazla doldurulmuş partlayıcıları işə salıblar. Nətcədə onlarla insan ölüb və yaralanıb.


Müəllif: Teleqraf.com