21 Aprel 2017 17:21
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsəd Qərbi ölkədə baş verən vətəndaş müharibəsi ilə bağlı itkiləri şişirtməkdə ittiham edib.

Teleqraf.com-un məlumatına görə, o bu barədə “RİA-Novosti”yə müsahibəsində bildirib. B.Əsəd qeyd edib ki, söhbət yüz minlərlə deyil, on minlərlə insanın ölümündən gedə bilər:

“Ümumiyyətlə, biz yalnız rəsmi məlumatdan danışa bilərik. Bu, sizin KİV-dən eşitdiyiniz kimi yüz min, yaxud yüz minlər deyil. Əlbəttə, minlərlə insanı itkin düşmüş kimi qeyd edə bilərik. Onların taleyi məlum deyil. Bunlar rəsmi rəqəmlərdir”.

Suriya lideri qeyd edib ki, Qərb öldürülən terrorçuları, xarici könüllüləri və muzdluları da suriyalılar kimi qələmə verir. Halbuki, Dəməşq onları hesaba almır. B.Əsədin sözlərinə görə, Qərb KİV-lərində ölənlərin sayına dair son 6 ildə yayılan məlumatlar qeyri-dəqiqdir.

Onun dediyinə görə, rəqəmlər vəziyyətin nə dərəcədə faciəvi olduğunu göstərmək və Suriyaya müdaxilə üçün əsas yaratmaq məqsədilə şişirdilir. Prezident əlavə edib ki, Dəməşq BMT-nin 300 min nəfərin həlak olmasına dair açıqladığı rəqəmləri də düzgün hesab etmir. Çünki bu təşkilat Suriyada həlak olanların hesabını aparmaq üçün imkanlara malik deyil.

Səxavət


Müəllif: