25 Aprel 2017 23:28
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankara Yəməndə səhra hospitalı yaradacaq

Ankara Yəmənə bir milyard dollarlıq humanitar yardım göndərilməsi barədə qərar qəbul edib.

Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Veysi Kaynak deyib.

O xatırladıb ki, 2010-cu ildə Türkiyə hakimiyyəti inkişaf etməkdə olan ölkələrə 200 milyon dollar göndərəcəyini vəd etmişdi, lakin iki milyard dollardan çox vəsait ayırdı.

V.Kaynak əlavə edib ki, bundan başqa Ankara Yəməndə səhra hospitalı yaradacaq, eləcə də dərman vasitələri göndərməyi də planlaşdırır.


Müəllif: Teleqraf.com