26 Aprel 2017 00:39
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Türkiyənin ABŞ-la koordinasiya aparmadan Suriya və İraqa zərbələr endirməsindən narahatıq”

Rəsmi Vaşinqton Türkiyə aviasiyasının Suriya və İraqdakı YPG və PKK mövqelərini bombalamasından narahat olub.

Bu narahatlığı Ağ Evin rəsmi nümayəndəsi Mark Toner dilə gətirib.

“Biz Türkiyənin nə ABŞ, nə də beynəlxalq koalisiya ilə lazımi koordinasiya aparmadan Suriya və İraqın şimalına zərbələr endirməsindən narahatıq”.

Tonerin Ankarınn atdığı addım nəticəsində İŞİD-lə mübarizə aparan və ABŞ-ın müttəfiqlik etdiyi peşmərgə qüvvələri arasında da itkilərin olduğunu deyib.

Xatırladaq ki, Türkiyə Ordusunun Baş Qərargahı hava hücumları zamanı PKK və YPG üzvü olan 70 terrorçunun məhv edildiyini bildirmişdi.

/Modern.az/


Müəllif: Teleqraf.com