26 Aprel 2017 17:48
2 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Müdafiə naziri Vigen Sərkisyan ixtisasca mühəndis-elektromexaniki özünə yeni baş məsləhətçi təyin edib.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, Vigen Sərkisyanın əmrinə əsasən, Sona Rudolf Qəribyan nazirin yeni baş məsləhətçisi olacaq.

1969-cu il avqustun 13-də İrəvanda anadan olan Sona Rudolf Qəribyan ixtisasca mühəndis-elektromexanikdir. 1995-1998-ci illərdə Ermənistan Banklar Assosiasiyasının baş mühasibi işləyib. 1998-2008-ci illərdə isə Ermənistan Mərkəzi Bankının 1-ci maliyyə nəzarəti bölməsinin müdiri vəzifəsində çalışıb. 2008-2014-cü illərdə Sona Qəribyan Ermənistan Maliyyə Nazirliyinin maliyyə nəzarəti şöbəsinin rəisi olub. Maliyyə sahəsindəki xidmətlərinə görə prezident tərəfindən də mükafatlandırılıb. Evli olan Sona Rudolf Qəribyanın 2 qızı var.

Nərgiz


Müəllif: