28 Aprel 2017 19:43
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin mayın 2-də Soçidə Almaniya kansleri Angela Merkellə görüşəcək.

Teleqraf.com "RİA.ru"ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüşdə beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki vəziyyət, Ukrayna ilə bağlı Minsk razılaşması və digər məsələlərin müzakirə ediləcəyi bildirilir.


Görüşdə qarşılıqlı maraq doğuran iqtisadi məsələlər də müzakirə olunacaq.


Müəllif: