21 May 2017 18:19
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika və Körfəz ölkələri arasında terrorun maliyyələşdirilməsinin qarşısını almaq məqsədi ilə Maliyyə Axınına Nəzarət Mərkəzinin yaradılması haqda razılaşma əldə edilib.

Razılaşmanı Körfəz ölkələri adından Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə və Daxili İşlər naziri Məhəmməd Nayif, Amerika tərəfindən isə Dövlət katibi Reks Tillerson imzalayıb.

Paytaxt Riyadda ABŞ-Körfəz ölkələri zirvə toplantısından əvvəl əldə edilən razılaşmada ölkə liderləri də iştirak edib.

Qeyd edək ki, razılaşmada terrorçuların maliyyələşməsinin qarşısını almaq məqsədilə ABŞ və Körfəz ölkələri arasında maliyyə axınına nəzarət edəcək mərkəz qurulacaq. Bu mərkəz tərəfindən Yaxın Şərq və Şimali Afrika ölkələrində həyata keçirilən maliyyə axını nəzarətə alınacaq və terrora dəstək verən adam və təşkilatların fəaliyyətinə maneə yaradılacaq.


Müəllif: Cavad