24 May 2017 10:30
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Stansted aeroportunda İŞİD terror təşkilatı ilə əlaqədə ittiham olunan şəxs saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, terrorçu Londondan İstanbula uçan təyyarədə yaxalanıb.

Şəxsin kimiliyi açıqlanmasa da, onun Mançester terroru ilə əlaqəsinin olmadığı bildirilib.

Qeyd edək ki, İngiltərə polisi mayın 22-də Mançesterdə baş verən və 22 nəfərin ölümünə səbəb olan terror aktından sonra ölkənin bütün şəhərlərində anti-terror əməliyyatlarına başlayıb.


Müəllif: Samir