24 May 2017 13:46
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD İraq və Suriya sərhədindəki mövqelərini tərk edərək, dağlara çəkilir. Ehtimal olunur ki, terror şəbəkəsi dağlarda gizli bazalar quracaq və yeni taktika seçəcək.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, İŞİD-in dağlara üz tutmasının səbəbi İraq ordusu və koalisiya qüvvələrinə aid qırıcı təyyarələrin hücumlarıdır. Məhz bu hücumlar nəticəsində yüzlərlə İŞİD terrorçusu öldürülüb, şəbəkə ciddi itkilərə məruz qalıb.


Müəllif: Cavad