26 May 2017 22:25
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın cənub-şərqində naməlum şəxs magistral yolu piyada keçənləri eyvandan pnevmatik silahla atəşə tutub.

Teleqraf.com-un məlumatına görə, nəticədə 2 qadın yaralanıb. Qadınlardan biri ayağından, digəri isə başından güllə yarası alıb.

Hadisəni törədən şəxs saxlanılıb. O, ilkin ifadəsində piyadaların yol hərəkəti qaydalarına əməl etmədiyini və buna görə silaha əl atdığını deyib.


Müəllif: Ruslan Xəlil