29 May 2017 11:06
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesabat İngiltərənin Təhlükəsizlik Xidməti MI5 ölkədə 23 min terrorçunun yaşadığını açıqlayıb.

Teleqraf.com xarici KIV-ə istinadla xəbər verir ki, MI5 Mançester şəhərindəki terror hadisəsindən sonra detallı hesabat hazırlayıb və İngiltərədə 23 min terrorçunun yaşadığını bəyan edib. Bununla yanaşı, 3 minə yaxın insanın da terrorçu olma şübhəsiylə araşdırıldığı qeyd olunub.

Qeyd edək ki, bu il İngiltərədə 2 terror hadisəsi qeydə alınıb. Mart ayında Xalid Məsud adlı terrorçunun idarə etdiyi avtomobili İngiltərənin parlament binası önündəki insanların üstünə sürməsi nəticəsində 6 nəfər dünyasını dəyişib, 40 nəfər yaralanıb. Daha sonra isə ABŞ-ın məşhur pop ulduzu Ariana Qrandenin Mançester şəhərində verdiyi konsert zamanı kamikadzenin özünü partlatması nəticəsində 22 nəfər dünyasını dəyişib, 120 nəfər yaralanıb.


Müəllif: İlhamə