30 May 2017 09:32
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda İran həbsxanalarında saxlanılan və müxtəlif ittihamlara görə barələrində ölüm hökmü çıxarılan ən azı 5 min məhkum edam növbəsini gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu İranın ölüm hökmlərinin icrasına məsul qurumunun adı açıqlanmayan rəsmi şəxsi bildirib.

İran mediası bildrir ki, son vaxtlar İranda edam cəzalarının sayı kəskin artıb. Bu isə yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarının ciddi narahatlığına səbəb olub. Onlar bildirirlər ki, İran İslam Respublikası vətəndaşlara çıxarılan ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

Digər bir mənbədən əldə etdiyimiz məlumata görə, elə bu günlərdə narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilən daha bir nəfər edam edilib. Hadisə üç gün əvvəl baş versə də, bu barədə xəbər yeni yayılıb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, 850 qram heroin qaçaqmalçılığında günahlandırılan 55 yaşlı müttəhim Murtuza Sənayi mayın 26-ı sübh saatlarında Xürrəmabad şəhərinin Parsilon zindanında dar ağacından asılıb.

Səxavət


Müəllif: Teleqraf.com