30 May 2017 01:38
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya diplomatlarının Estoniyadan çıxarılmasına qarşılıq verəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin birinci müavini Vladimir Titov bildirib.

O qeyd edib ki, Estoniya hakimiyyətinin təxribatçı addımı cavabsız qalmayacaq: “Dövlətlər arasında qarşılıq prinsipi mövcuddur”.

Qeyd edək ki, Rusiyanın Estoniyanın Narva şəhərindəki baş konsulu Dmitri Kazyennov və konsul Sergey Surqayev ölkədən çıxarılıb.

Rus diplomatların Estoniyadan çıxarılması qərarını şərh edən Rusiya Xarici İşlər Nazirliyi bunu növbəti qeyri-dost və heç bir əsası olmayan akt adlandırıb, bu addımın və cavabsız qalmayacağını vurğulıayıb.

Səxavət


Müəllif: Teleqraf.com