18 İyul 2014 10:50
604

Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Malayziyanın "Malaysia Airlines" aviaşirkətinin "Boeineg 777" sərnişin təyyarəsinin Donetsk vilayətinin səmasında separatçılar tərəfindən "Buk" zenit-raket kompleksi vasitəsilə vurulduğunu bəyan edib.

UTX-in məlumatına görə, dünən yerli vaxtla saat 16.40-da separatçıların qondarma "Donetsk Xalq Respublikası"nın komandirlərindən olan "Bes" ləqəbli İqor Bezlerlə Rusiyanın Baş Kəşfiyyat İdarəssinin polkovniki Vasili Nikolayeviç Geranin arasında telefon danışığı olub.
UTX bu telefon danışığının lent yazısını yayıb.

İT.Bezler Rusiyadan olan kuratoruna bildirir ki, "Minyor" adlı şəxsin başçılıq etdiyi dəstə Yenakiyevo rayonunda təyyarə vurub.
Daha sonra "Mayor" və "Qrek" ləqəbli şəxslər danışmağa başlayıblar. Onlardan biri təyyarənin Çernuxikno blok-postundakı raket qurğusu vasitəsilə kazaklar tərəfindən vurulduğunu deyib.

"Təyyarə "Petropavloskaya" şaxtasının üzərində, səmada parçalandı. Yüz faiz sərnişin təyyarəsidir. Qırıqları həyətlərə düşürdü. Orada daxili kronşteynlər, kreslolar, cəsəd parçaları vardı. Silah yoxdur. Tompson Universitetindən olan indoneziyalı tələbənin sənədləri var", - "Mayor" söyləyib.
Digər telefon danışığında isə kazak atamanı Nikolay Kozisına kimliyi hələlik bəlli olmayan separatçı komandir zəng vurub.

"Snejnı-Torez rayonu səmasında sərnişin təyyarəsi vurulub. Təyyarə Qrabovo kəndinin yanına düşüb. Çoxlu qadın, uşaq cəsədləri var", - deyən komandirə ataman belə cavab verir: "Bu təyyarə bizim səmada nə edirdi?! Cəhənnəmə ki! Yəqin casusları daşıyırmış".
Separatçılar təyyarənin konkret olaraq hansı hərbi texnika və ya silahla vurduqlarını açıqlamırlar.

Lakin "Janes Centre"nin analitiki, britaniyalı ekspert Nik de Larrinqin fikrincə, 10800 metr yüksəklikdə uçan "Boeing 777" təyyarəsini Donetskdə yalnız "Buk" və ya S-300 zenit-raket kompleksi vasitəsilə vurmaq mümkündür.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin nümayəndəsi Andrey Lısenkonun dediyinə görə, ölkənin şərqində uçan təyyarələrin vurulduqları "Buk" zenit-raket kompleksləri "Ukrayna Hərbi-Hava Qüvvələri tərəfindən məhv olunacaq".

/millia.az/


Müəllif: