22 İyun 2017 18:55
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Bakinqemşir qraflığında işə şortda gələn gənci müdir içəri buraxmayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, dres-kod qaydalarını əsas gətirən rəhbərlik Cou adlı işçini ofisə buraxmayıb və ondan şalvar geyinməsini tələb ediblər.

Coui isə evə qayıdaraq don geyinib və işə gəlib. Bu dəfə qaydalara əsasən, onu işə buraxıblar. Bir neçə saat sonra şirkətin bütün işçilərinə dress-kodun dəyişdiyinə dair elektron məktub gəlib. Məktubda bildirilib ki, əməkdaşlar işə şortda gələ bilər.

Amma Cou bütün günü donla işləyib.


Müəllif: Ruslan