24 İyun 2017 16:55
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə səfərdə olan Yunanıstanın baş naziri Aleksis Sipras Kipr problemini bir Avropa məsələsi adlandırıb.

Teleqraf.com xəbər verir ki, baş nazir BMT-nin vasitəçiliyi ilə Kipr danışıqlarındakı uğursuzluğun regionda gərginlik yarada biləcəyini deyib: “Bu məsələdə uğursuzluq hər şeydən əvvəl əhəmiyyətli bir fürsətin əldən çıxmasına səbəb olacaq”.

Aleksis Sipras Kiprdəki türk ordusunun çıxarılmalı olduğunu bildirib, əlavə edib ki, yaxşı qonşuluq əlaqələrini davam etdirmək lazımdır: “İyunun 28-də İsveçrədə növbəti Kipr danışıqlarının irəliyə doğru addım olaraq görürəm. Yunanıstan indiyə qədər əldə etdiklərindən imtina etməyəcək, tələsik qərarlar da verməyəcək.

Kiprin yenidən birləşməsi üçün aparılan danışıqların nəticəsiz qalması Yunanıstan-Türkiyə gərginliyinə səbəb ola bilər. Eyni zamanda bu vəziyyət Türkiyənin Avropa ilə əlaqələrinə də mənfi təsir göstərə bilər. Məncə, bütün bunları hesaba almaq lazımdır”.


Müəllif: Cavad