25 İyun 2017 23:35
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər şərtləri araşdırmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə ABŞ dövlət katibi Reks Tillerson çıxış edib.

Tillerson bildirib ki, Qətər tələbləri diqqətlə araşdırır: "Bəzi maddələrin yerinə yetirilməsi Qətər üçün çox çətindir. Problemin həlli üçün dialoqa ehtiyac var. Müttəfiqlərimizin terrora qarşı mübarizədə daha güclü olacaqlarına inanırıq. Hər bir ölkənin bu prosesə köməyi dəyə bilər. ABŞ Qətərlə ərəb ölkələrinin əməkdaşlıq etmələri üçün yardımçı olacaq. Biz bu məsələdə Küveytin vasitəçiliyini dəstəkləyirik".


Müəllif: Ruslan