26 İyun 2017 14:06
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın məşhur hüquqşünası, prezident Trampın mart ayında işdən qovduğu Nyu-Yorkun sabiq prokuroru Preet Bharara yeni işdə imkanlarını sınayacaq.

Teleqraf.com xəbər verir ki, sabiq federal prokuror bundan sonra karyerasını media sektorunda yoxlayacaq.
“Nev York Times” qəzetinin məlumatına görə, Bharara qardaşı Vinitin 2014-cü ildə qurduğu Some Spider adlı media şirkətində baş direktorun müavini vəzifəsini icra edəcək.

Bundan başqa, sabiq prokuror yaxın gələcəkdə Podcast proqramının təqdim edəcəyi şirkətə aid xəbər və əyləncə saytlarına nəzarət edəcək.

Prokurorluq karyerasından sonra Nyu-York ev Universitetində dərs deməyə başlayan Bharara media sektorunda maraqlı yazıları ilə gündəmə gələ bilər.


Müəllif: Cavad