27 İyun 2017 21:14
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanın Milli Birlik Günü münasibətilə Prezident Emoməli Rəhmon Vaxdat şəhərində bir gündə 30 toy və 20 sünnət mərasimində iştirak edib.

Tacikistan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, dövlət başçısı Emoməli Rəhmon bəy və gəlinlərə, həmçinin sünnət olunan uşaqlara hədiyyələr bağışlayıb.

Milli Birlik Günü hər il respublikanın bir şəhərində qeyd olunur. Həmin şəhərdə yeni obyektlər istifadəyə verilir, şənliklər keçirilir.

Qeyd edək ki, ölkədə vətəndaş müharibəsinin başa çatması münasibətilə təsis olunan Milli Birlik Günü bu il 20-ci dəfə qeyd edilir.


Müəllif: Teleqraf.com