12 Avqust 13:29

Ermənistanda 600 hektar ərazini cənginə alan yanğın yaşayış evlərinə yaxınlaşıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ikinci sutkadır davam edən yanğının qarşısını almaq məqsədi ilə 92 yanğınsöndürən maşın, 315 hərbçi və 73 polis hadisə yerinə cəlb edilib.

Onlar sakinləri təhlükəsiz əraziyə təxliyə etməyə çalışırlar.

Ermənistan rəhbərliyi ordunun hazırlıq vəziyyətinə gətirilməsi və lazım gəldikdə hadisə yerinə göndərilməsi ilə bağlı sərəncam verib.


Müəllif: Samir