12 Avqust 22:13

Şimali Koreya hökuməti, ABŞ ilə yaşanan nüvə böhranı və Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəyə tətbiq etdiyi sanksiyalara qarşı tədbirlərə başlayıb. Bununla bağlı 3,5 milyon nəfərin orduya qatılmaq üçün müraciət etdiyi söylənilir.

Paytaxt Pxenyanda könüllülərin yürüşü təşkil olunacaq.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Şimali Koreyanın böyük bəla ilə qarşılaşacağını söylədikdən sonra Şimali Koreyanın cavabı çox da gecikməyib. Ölkə səlahiyyətliləri ABŞ-ın Sakit okeanda yerləşən Guam adasının vurulacağını açıqlayıb.

Bir araya gələn könüllülərə xüsusi döyüş hazırlığının keçilməsi gözlənilir.

\Publika.az\


Müəllif: Teleqraf.com