17 Avqust 2017 12:50
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ədliyyə Nazirliyi "Yehova şahidləri"ni ekstremizmə görə ləğv edilən təşkilatlar sırasına daxil edib.

Trend-in məlumatına görə, bir müddət əvvəl Rusiya Ali Məhkəməi ölkədə fəaliyyət göstərən “Rusiyadakı Yehova şahidlərinin İdarə Mərkəzi” təşkilatının ləğv olunmasını qanuni hesab etmişdi.

Bundan başqa, bu icmaya daxil olan 395 yerli dini struktur fəaliyyətini dayandırmalı olub.

Qeyd olunur ki, “Yehova şahidləri”nin fəaliyyəti insan hüquqları və ictimai maraqları, o cümlədən ictimai təhlükəsizliyi təhdid edir.


Müəllif: Teleqraf.com