13 Sentyabr 16:30
326

Türkiyə S-400 raket əleyhinə müdafiə qurğuları üçün Rusiyaya 2 milyard dollardan çox pul ödəyəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Kommersant” qəzeti yayıb.

Rusiyalı rəsmilərə istinadla verilən məlumatda Türkiyənin 4 ədəd kompleks əldə edəcəyi bildirilib. Qeyd edilib ki, bu, Rusiya və Türkiyə arasında ümumi sahələr üzrə bağlanan ən böyük razılaşmadır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün verdiyi açıqlamada iki ölkə arasında S-400-lər ilə bağlı razılaşma imzalandığını deyib.


Müəllif: Samir