23 Sentyabr 2017 22:34
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Praqada Ordu Günü münasibətilə keçirilən bayram törənində insident baş verib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Praqanın tarixi mərkəzi sayılan Letna təpəsində səkkiz paraşütçü şou göstərərkən, onlardan biri qadın və onun uşağı üzərinə düşüb.

Praqanın təcili yardım xidmətinin sözçüsü Yana Poştova jurnalistlərə bildirib ki, qadın və uşaq yüngül xəsarət alıblar. Onlar xəstəxanaya aparılıblar. Qəzanı törədən və yüngül yaralanan desanta da tibbi yardım göstərilib.


Müəllif: Nahid