18 Oktyabr 2017 10:25
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Baş naziri Aleksis Tsipras ABŞ Prezidenti Donald Trampla Ağ Evdə görüşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tsipras görüşlə bağlı fikirlərini Tvitter hesabından bölüşüb:

“Tramp ilə iki ölkə arasında strateji əlaqələrin inkişafı məsələsini müzakirə etdik”.

O, daha sonra Türkiyə ilə Avropa Birliyi arasındakı gərginliyə diqqət çəkib. Tsipras Türkiyənin NATO-da qalmasının və Avropa Birliyinə üzvlüklə bağlı müzakirələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.


Müəllif: Samir