21 Oktyabr 2017 23:29
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kataloniya rəhbəri Karles Puçdemon İspaniya hakimiyyətinin Kataloniya siyasətini "demokratiyaya hücum" kimi dəyərləndirib.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, Kataloniya rəhbəri televiziya ilə çıxışında İspaniya Baş naziri Mariano Raxoyu günahlandırıb.

"Kataloniyada baş verənlər demokratiyaya hücumdur. Bu siyasət başqa yerlərdə də oxşar ssenariyə qapı açır. Mariano Raxoy kataloniyalıların seçimini kabinetlərdə ləğv edir", - Karles Puçdemon deyib.


Müəllif: Nahid