22 Oktyabr 2017 08:22
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərində Feysbukun onu deyil, rəqibi Hillari Klintonu dəstəklədiyini bildirib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu haqda ABŞ rəhbəri öz Tvitter hesabında yazıb.

"Hiyləgər Hillari Klinton prezident seçkilərinə məndən çox - yüz milyonlarla dollar xərclədi. Feysbuk mənim yox, onun tərəfindəydi. Tez -tez Feysbukda reklam üçün xərclənən "önəmsiz" pullar haqda eşidirəm. Eləsə SNN, ABC, NBC və CBS-də saxta xəbərlərə xərclənən milyardlarla dollara nə deyirsiz?" - Tramp bildirb.

Ancaq o, feysbukda hansı reklamı nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, daha öncə ABŞ KİV-i Rusiyanı sosial şəbəkələrlə Trampa dəstək verməkdə ittiham edirdi, amma bununla bağlı heç bir əsas göstərilmirdi.


Müəllif: Nahid