1 Noyabr 2017 11:13
3 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

SSRİ xalq artisti, milliyyətcə erməni olan Armen Cigərxanyan Moskvada həbs olunub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Moskvadakı evinə daxil olmaq istəyərkən saxlanılıb.

Məlumatlara görə, ev Cigərxanyanın boşanmaq istədiyi həyat yoldaşı Vitalina Romanovskayanın şəxsi mülküdür.

Aktyor yaxın dostu Artur Solomonyanla birlikdə evin qapısını qıraraq, içəri girməyə cəhd edib. Hadisə yerinə gələn polis onu bölməyə aparıb.

Bölmədə dindirilmə zamanı Cigərxanyan mənzildəki əşyalarını götürmək istədiyini bildirib.

Qeyd edək ki, oktyabrın 16-da Cigərxanyan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, həyat yoldaşı tərəfindən zəhərləndiyini deyib.

Aktyorun sözlərinə görə, arvadı mirasına sahib olmaq üçün onu öldürmək istəyib.


Müəllif: Samir