2 Noyabr 20:55
581

Rusiyada "Mavi balina" adlı elektron oyunun təsiri altına düşmüş gənc müəllimini öldürüb meyitilə selfi çəkdirdi.

Teleqraf.com xəbər verir ki, 18 yaşlı gənc "Mavi balina"nın 50 müxtəlif tələbinin bir neçəsini yerinə yetirdikdən sonra ən çətinlərini icra etməyə qərar verir.

44 yaşlı üç uşaq atası Sergey Danilovun bıçaqla boğazını kəsən Andrey Emelyannikov sonra elektrik mişarı ilə özünü doğrayıb.

Dostları onun "Mavi balina" oyununda Silent Hill adı ilə qeydiyyatdan keçdiyini və "Walter Sullivan" obrazını oynadığını bildiriblər.

Emelyannikovun dostları onun sosial şəbəkələrdəki fotolarının altında "11117" imzası olduğunu qeyd edərək, bunun 1 noyabr 2017-ci ildə törətdiyi cinayətin tarixilə üst-üstə düşdüyünü diqqətə çatdırıblar.

"Emelyannikov bir müddət öncə müəllimini gec-tez öldürəcəyini bildirmişdi, amma buradakı insanların tez-tez kimisə öldürəcəklərini yazdıqlarını nəzərə alaraq onun qeydlərini ciddiyə almamışdıq", deyə forum iştirakçılarından biri deyib.

Emelyannikovun tələbə yoldaşları isə onun müəllimilə tez-tez mübahisə etdiyini xatırladıblar.

Anası isə oğlu haqqında bunları deyib. "Günün çoxunu kompyuter başında keçirirdi və internet oyunlarının azarkeşi idi".


Müəllif: Ruslan Xəlil