4 Noyabr 19:22
249

İraqda İŞİD-in əlində olan sonuncu kənd azad edilib. Bununla İraqda İŞİD işğalına son qoyulub.

Teleqraf.com xəbər verir ki, bu açıqlamanı İraqın baş naziri Heydər Əl İbadi verib.

Baş nazir bildirib ki, İraq ordusu İŞİD əlində olan sonuncu məntəqəni -Qaim kəndini azad edib.

Baş nazirin açıqlaması ABŞ liderliyində koalisiya tərəfindən dəstəklənən və bir həftədir davam edən əməliyyatların sonunda gəlib.

Qaim kəndi Haşdi-Şabi döyüşçüləri və ərəb könüllülərindən ibarət dəstələr tərəfindən azad olunub.


Müəllif: Cavad