5 Noyabr 18:29
279

Gün gələcək, texnologiya bəşəriyyəti məhv edəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri "Vayr" jurnalına müsahibə verən Stefan Havinq deyib:

"Robot və kompüterlərin çox inkişaf etməsi nəticəsində bəşəriyyətin həyatı təhlükəyə girəcək. Əgər insanlar kompüter virusu hazırlasa, süni intellekt bunu ortadan qaldıra biləcək".

Havkinq texnikanın bir müddət sonra insanlardan daha fəal olacağını və dünyanı idarə edəcək bir mövqe əldə edəcəyini bildirərək:

"İnsanlıq təcili olaraq yaşaya biləcəyi bir planet taparaq oraya köçməlidir. Çünki artıq geri dönülməz bir nöqtəyə gəlmişik. Dünyanın əhalisi sürətlə artır, dünyamız isə çox kiçikdir".


Müəllif: Şəfiqə