5 Noyabr 13:20
922

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar İraqla sərhəddəki Hakkarinin Şəmdilli rayonuna səfər edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Akarı səfər zamanı Türkiyə SQ-nin bir sıra generalları müşayiət edib.

Akar bölgədə əsgərlərlə görüşüb və son vəziyyətlə tanış olub.

Qeyd edək ki, noyabrın 3-də PKK terror təşkilatının bölgəyə xain hücumu zamanı 6 əsgər şəhid olub.


Müəllif: Samir