14 Noyabr 20:17
1 871

Rusiya Müdafiə Nazirliyi ABŞ-ın İŞİD terrorçularının Rakkadan qaçmasına şərait yaratdığını sübut edən görüntüləri yayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüntülər pilotsuz uçan aparat vasitəsilə lentə alınıb.
Məlumatlara görə, terrorçular Suriyanın Rakka şəhərindən İraqla sərhəddəki Sabha bölgəsinə hərəkət ediblər.

Qeyd edək ki, BBC telekanalı da ABŞ-ın dəstəklədiyi YPG/PYD qüvvələrinin 350-dən çox İŞİD-çinin Rakkadan qaçmasına yardımını özündə əks etdirən görüntüləri yaymışdı.


Müəllif: Samir