22 Noyabr 2017 19:26
1 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya ordusu əsgərinin Cənubi Koreyada vurulmasının görüntüləri yayımlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüntülər BMT-nin Cənubi Koreyada demilitarizasiya zonasında yerləşdirdiyi təhlükəsizlik kamerasına əks olunub.

Videoda hərbi avtomobilin yüksək sürətlə Cənubi Koreyaya daxil olduğu, daha sonra isə nasazlıq yaranmış maşından düşüb qaçmağa çalışan əsgərin vurulduğu görünür.

Xatırladaq ki, yaralı əsgər Cənubi Koreya tərəfindən sığınacaqla təmin edilib.Dünya mətbuatı bu olayı "əsgərin azadlığa qaçışı" adlandırıb.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir