6 Dekabr 17:42
320

Kreml Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarında Rusiya idmançılarına qoyulan qadağa ilə bağlı açıqlama verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Kremlin sözçüsü Dmirti Peskov danışıb.

O bildirib ki, BOK-un bu qərarı Moskva tərəfindən araşdırılacaq:
“Tələsmək lazım deyil. Araşdırmaların nəticəsini açıqlayacağıq. Bunun səbəbini bilmirik”.

Peskov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin bu məsələ ilə bağlı gün ərzində jurnalistlərə açıqlama verəcək.


Müəllif: Samir