7 Dekabr 2017 12:12
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana qarşı sanksiyaları pozmaqda ittiham edilən və Nyu Yorkda saxlanılan Türkiyənin “Xalqbank” dövlət bankının rəhbərinin müavini Məhmət Hakan Atillanın 27 martda Federal Təhqiqatlar Bürosu tərəfindən dindirilməsinin detalları üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, Məhmət Hakan Atillanı Federal Təhqiqatlar Bürosunun agentləri Cenifer Makreynolds və Skott Giesser sorğu-sual edib.

Həbsinin Rza Zərrab araşdırması ilə bağlı olduğunu bildirən Atilla ingilis dilində başladığı danışığını sonradan türk dilində davam etdirib:

“Mənim Rza Zərrabla heç bir şəxsi işim yoxdur. Bankın Zərrabla bağlı həyata keçirdiyi işlər var. Bu mənim şəxsimlə bağlı bir məsələ deyil. Əgər bu mənimlə bağlı iş olsaydı, Amerikada nə işim vardı? Dəliyə oxşayırammı?”

Federal Təhqiqatlar Bürosunun agentləri isə Məhmət Hakan Atillanı sıxışdıraraq bildiriblər ki, əllərində onun Zərrabla söhbətlərinin qeydləri var.

Məhmət Hakan Atillanın isə agentlərə cavabı sərt olub:

“Əlinizdən gələni edin. Mən hökumət məmuruyam. Bu səbəbdən də böyük ehtimalla bu prosesi diqqətdə saxlayacaqlar”.


Müəllif: Cavad