9 Dekabr 2017 20:15
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampı təcavüzdə ittiham edən Foks Nyus telekanalının keçmiş aparıcısı Culet Xaddi 10 il əvvəl baş verənləri anladıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, jurnalist prezidentin həmin vaxt onu “Tramp Tover” otelinə dəvət etdiyini bildirib:

“Biz söhbət etdik. İçəridə ikimiz idik. Sağollaşan zaman o, məni yanağımdan yox, dodaqlarımdan öpdü. Mən çox pis oldum. Çox qorxulu anlar idi. İllər sonra telekanala gələndə isə Tramp bunun zarafat olmadığını bildirdi.

O dedi ki, mənimlə yaxın olmaq istəyib. Ancaq mən buna imkan verməmişəm deyə fikrindən daşınıb”.


Müəllif: Samir