12 Dekabr 2017 10:13
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Pezidenti Donald Tramp kosmik siyasət direktivini imzalayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu qərarla ABŞ kosmik siyasətini bir qədər də genişləndirəcək.

Ağ Evdə təşkil edilən imzalama mərasimində NASA-nın nümayəndələri də iştirak edib. Xəbərə görə, prezidentin imzaladığı yeni direktiv NASA rəhbərliyi tərəfindən hazırlanıb.

Tramp bildirib ki, bu qərardan sonra NASA daha çox kəşflər edə biləcək, habelə amerikalı astronomlar Aya qayıdacaq və Mars missiyasına hazır olacaq.

“Biz 1972-ci ildə Ayda ilk dəfə uzun müddət tədqiqatlar aparan amerkalı mütəxəssisləri xatırlayırıq”, - deyən Tramp bildirib ki, bu dəfə mütəxəssislər ancaq bayrağı ora sancmaq və ayaq izlərini buraxmaqla kifayətlənməyəcəklər.


Müəllif: Cavad