13 Dekabr 2017 15:18
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Rakka şəhərindən çıxarılan İŞİD terror təşkilatının silahlıları müxaliflərin nəzarətindəki İdlib şəhərinə hücum edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə amerikalı diplomat Bred Makkard bildirib.

Onun sözlərinə görə, İŞİD İdlibin Rahcan bölgəsindı 5 kəndi ələ keçirib. Diplomat deyib ki, terrorçular digər ölkələrdəki İŞİD-çilərdən gizli yollarla silahlar əldə edib.

Məlumatlarda İŞİD-in 300-dən çox döyüşçüsünün Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan bölgələrə hücum planı hazırladığı bildirilib.

Diplomat bəzi terrorçuların ABŞ-ın Rəsul Ayn-Tel Təmir bölgəsindəki hərbi bazasında gizləndiyini əlavə edib.


Müəllif: Samir