17 Yanvar 2018 14:20
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl Cübeyr ölkəsinə səfər edən belçikalı həmkarı Didier Reynderslə görüşündə İranın regionda apardığı təxribat xarakterli fəaliyyətindən, onun husilərə yardımndan və Qərbin Tehranla imzaladığı nüvə sazişindən danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ikitərəfli danışıqlardan sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Səudiyyəli nazir deyib ki, İran husiləri Səudiyyə Ərəbistanına qarşı silahlandırır:

“Livanda, Yəməndə və Suriyada oynadığı təxribatçı rola görə İran bölgədə ən böyük təhlükə mənbəyi sayılır. Yəməndə baş verən son olaylara gəldikdə, rəsmi Tehran Səudiyyə Krallığını hədəfə almaq üçün husiləri ballistik raketlərlə silahlandırıb. Bunun qarşısı alınmalıdır.

5+1 qrupunun (Amerika, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) İranla imzaladığı nüvə sazişi məsələsində hesab edirik ki, rəsmi Tehranın uranı zənginləşdirməsinin qarşısını almaq üçün razılaşma sənədində müəyyən düzəlişlərin edilməsi mühüm və vacib məsələlərdən biridir”.


Müəllif: Samir