19 Yanvar 2018 13:51
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın sabiq sözçüsü Sebastian Gorka Macarıstanda axtarışa verilib.

Teleqraf.com xəbər verir ki, Gorka barəsində həbs qərarı onun prezident sözçüsü olduğu zaman da qüvvədə qalıb.

Terrorla mübarizə sahəsində prezident sözçüsü olan Sebastian Gorka ilə bağlı həbs qərarını Macarıstan hüquq-mühafizə orqanları Tramp prezident seçilməzdən iki ay əvvəl qəbul edib.

O, silah-sursatdan kənar məqsədlər üçün istifadə etməkdə ittiham olunur.

Sebastian Gorka karyerasının böyük hissəsini Macarıstan Müdafiə Nazirliyində terrorla mübarizə departamentində keçirib.


Müəllif: Cavad