21 Yanvar 2018 13:47
1 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada hərbçilərə və məmurlara əmək haqqı ödəmək mümkün olmayacaq.

Teleqraf.com xəbər verir ki, buna səbəb Donald Tramp administrasiyasının hazırladığı büdcə qanununun Senat tərəfindən dəstəklənməməsi olub.

Bu səbəbdən də ABŞ federal hökuməti fəaliyyətini dayandırıb. Senatdakı demokratlar respublikaçıların bu barədə qanun layihəsi qəbul etməsini əngəlləyib. Demokrat senatorların büdcə qanunun əleyhinə çıxmasına səbəb Tramp hökumətinin 800 min köçkünə maliyyə yardımlarının dayandırması və onların deportasiya etmək istəyib olub. Büdcə qanununda demokratlar tərəfindən dəstəklənən və miqrantlarla bağlı nəzərdə tutulan DACA proqramına maliyyə ayrılmayıb.

ABŞ-ın vitse-prezidenti Mayk Pance əsgərlərin əmək haqqı almamalarından narahatlığını səngitmək məqsədilə olnalara müraciət edib:

“Bu məsələləri Vaşinqtonda həll edəcəyik. Siz vəzifənizi yerinə yetirməyə köklənin. Əmək haqlarınızla bağlı narahatlıq duymayın”.


Müəllif: Cavad