13 Fevral 10:09

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin saxlanılmasının yeni görüntüləri yayılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüntülər Saakaşvilinin olduğu "Suluquni" restoranının təhlükəsizlik kamerasına əks olunub.

Videoda 20-yə yaxın xüsusi təyinatlının restorana daxil olduğu və sabiq prezidenti yaxaladığı görünür.

Qeyd edək ki, Saakaşvili axşam saatlarında Polşaya deportasiya edilib.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir
Загрузка...