19 Fevral 2018 11:06
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xüsusi təyinatlıları Afrində PKK terror təşkilatının 3 əcnəbi döyüşçüsünü məhv edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, öldürülən terrorçular 1973-cü il təvəllüdlü Hollandiya vətəndaşı Syoerd Higer, 1993-cü il təvəllüdlü İspaniya vətəndaşı Samuel Prada Leon və 1977-ci il təvəllüdlü Fransa vətəndaşı Olivyer Fransis Jan Le Klainçedir.

Onların Əl Bab və Cerablusda gedən döyüşlərdə fəal iştirak etdiyi açıqlanıb.

Hollandiya Xarici İşlrə Nazirliyi bu məlumatı təsdiq edib və Higerin cəsədinin ailəsi tərəfindən qəbul edilmədiyi bildirilib.


Müəllif: Samir