16 Mart 2018 09:35
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın böyük oğlu Donald Cuniyor Tramp boşanmaq qərarına gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, həyat yoldaşı Vanessa ilə 12 illik evlilik həyatına son qoymaq istəyir.

Bununla bağlı Vanessa Tramp məlumat verib:
“12 illik evlilikdən sonra yollarımızı ayırmağa qərar verdik. Hər zaman bir-birimizə və ailələrimizə hörmətlə yanaşmışıq”.

Vanessa boşanma səbəbi ilə bağlı sualı cavablandırmayıb.

Ağ Ev məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, cütlüyün 2-si qız olmaqla 5 uşağı var. Hər zaman kameralardan uzaq qalmağa çalışan Vanessa ötən həftə Manhettondakı mənzilinə göndərilən şübhəli zərfi açdıqdan sonra xəstəxanaya aparılmışdı.


Müəllif: Samir