18 Mart 2018 15:23
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər naziri Cavad Zərifin xəstələnməsi ilə əlaqədar şənbə və bazar günləri planlaşdırılan görüşləri ləğv olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə İRNA agentliyi İran Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Bəhram Kasemiyə istinadən məlumat yayıb.

Bir neçə saat xəstəxanada saxlanılan C. Zərif həkimlərin məsləhəti ilə hazırda istirahət edir. Buna görə də C. Zərifin şənbə və bazar günləri planlaşdırılmış görüşləri ləğv edilib. (APA)


Müəllif: Teleqraf.com