19 Mart 2018 14:00
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Berri Makaffrey Prezident Donald Trampı ittiham edib.

Teleqraf.com xəbər verir ki, Billi Klintonun prezidentlik dövründə narkotiklərə nəzarət siyasəti üzrə məsul şəxs olan Makkaffrey NBC telekanalına müsahibəsində Trampı Rusiya Prezidenti Vladimir Putinin idarə etdiyini deyib:

“Tramp ABŞ milli təhlükəsizliyinə ciddi təhdiddir. Əlimdə sübutlarım var. Aktiv rus hücumlarına qarşı ABŞ-ın həyati maraqlarını qorumaqdan imtina edir. Bunun bir səbəbi var. Onu Putin idarə edir”.


Müəllif: Samir