8 Avqust 2014 18:03
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 17-də Donetsk səmasında separatçılar tərəfindən vurulduğu ehtimal edilən “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boeing 777” tipli təyyarənin stüardessasının doğmalarına yazdığı son SMS ictimaiyyətə açıqlanıb.

Teleqraf.com İTAR-TASS-a istinadən xəbər verir ki, təyyarəyə qeydiyyatın başlanmasına iki dəqiqə qalmış 30 yaşlı Ancelina Premila Racandaran sevimli itini nəzərdə tutaraq yazıb: “Mənim Leksimdən muğayat olun”.

Vurulan təyyarə ilə bağlı digər bir təsadüf də məlum olub. Belə ki, təyyarənin bort baxıcılarından biri faciəvi təsadüf nəticəsində həmin gün reysə çıxıb. Bort işçisi reysdən az öncə öz həmkarı ilə növbəsini dəyişibmiş. Digər bir fakt isə bundan ibarətdir ki, həmin bort işçisinin həyat yoldaşı da “Malaysia Airlines” şirkətində çalışırmış. Bort işçisinin həyat yoldaşı az öncə möcüzə nəticəsində ölümdən qaça bilibmiş. O, şirkətin bu ilin martında Hind okeanının sularında qərq olunması ilə nəticələnmiş uğursuz reysində iştirak etməyibmiş.

Sözügedən təyyarə ilə bağlı üçüncü fakt isə bundan ibarətdir ki, hava gəmisinin ikinci polotu Firdaus Raxim ölümündən 3 gün sonra 27-ci doğum gününü qeyd etməli imiş. Bacısı Rozananın bildirdiyinə görə, qardaşı hər zaman onlarla ünsiyyətdə olurmuş: “Anam ondan sonuncu SMS-i o, “Boeing”in bortuna daxil olduqdan sonra almışdı. Mən ona ismarıc yazdım ki, sən nəyinsə haqqını ödəməyibsənmiş. Amma o mənə cavab yazmadı”. Bacısı, həmçinin bildirib ki, F.Raxim 2013-cü ilin aprelində ailə qurubmuş.

Xatırladaq ki, Amsterdam-Kuala-Lumpur planlaşdırılmış reysini yerinə yetirən təyyarə iyulun 17-də separatçıların nəzarət etdiyi Donetsk vilayətinin səmasında vurulub. Nəticədə təyyarənin 15 ekipaj üzvü və 283 sərnişini həlak olub.

Səxavət


Müəllif: