16 Aprel 00:56

Skripal olayı ilə Suriyanın bombardman edilməsi bir-birinə bağlıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Suriyada və Solsberidə baş verənlər üst-üstə düşür. Yenə bu media... Bombardmandan sonra fransız xüsusi xidmət orqanlarının, yaxud fransız hərbçilərin məlumatlarına baxın. İstinad edilən faktlar yenə də media və sosial şəbəkələrdir. Bənzər durum Solsberidə Skripallar olayında da keçərlidir”, - Zaxarova bildirib.

Qeyd edək ki, Rusiya Skripal olayı və Şərqi Qutada kimyəvi silahla hücum iddiasının faktlarla sübut edilmədiyini bildirir.


Müəllif: Teleqraf.com
Загрузка...